BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda Qərb musiqisini dinləmək yasağı da aradan qaldırılacaq?

“İranda əxlaq polisinin ləğvi islahat deyil, sadəcə, etirazçıların artan təzyiqini azaltmaq məqsədi daşıyır. Rejim bunu kiçik güzəşt kimi qiymətləndirir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“Əxlaq polisinin ləğvi İranda qadınların geyim azadlığına şərait yaradırmı? Bu suala hələ aydın cavab verməyiblər. Ancaq çin şüşədən çıxıb. İranda son 3 ayda qadınların bir qismi etiraz əlaməti olaraq onsuz da başlarını açırdılar və artıq kimsə onları polisə aparmırdı, yollarda “əxlaq polisi” də yoxa çıxmışdı. İranda başqa qadağalar da var, xarici televiziya kanallarına baxmaq, evlərin damlarında çanaq antenalar yerləşdirmək, Qərb musiqisini dinləmək yasaqdır. Bu qadağalar da ləğv olunacaqmı?” – E.Şahinoğlu qeyd edib.

Tarix: 4 Dekabr 2022, 21:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin