BURADA REKLAMINIZ OLA
BİLƏR

DYP-dən Bakı-Quba yolundakı sıxlıqla bağlı AÇIQLAMA

Həftə sonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfərlər etmiş və bugun axşam radələrində paytaxt istiqmamətlərinə qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilmişdir.

 

Pravda.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilmişdir:

 

Qısa müddətdə hərəkət tam bərpa ediləcəkdir. Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməmişdir.

Tarix: 4 Dekabr 2022, 23:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin