BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda qarın hündürlüyü 11 santimetr olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, Qar örtüyünün hündürlüyü Altıağacda 11 sm, Daşkəsəndə 9 sm, Şəkidə 8 sm, Göygöldə 5 sm, Qax, Lerikdə 4 sm, Qubada 3 sm, Qusar, Qrız, Şamaxı, İsmayıllı, Şahdağ, Xaltanda 2 sm, Yardımlı, Qobustanda 1 sm olub.

 

Düşən yağıntının miqdarı Lənkəranda 18 mm, Quba, Qəbələdə 6 mm, Şabran, Astara, Tovuz, Şəkidə 5 mm, Yardımlı, Göygöl, Göyçay, Balakən, Daşkəsən, İsmayıllı, Altıağac, Şəmkir, Ağstafa, Qusar, Gədəbəy, Sədərək, Oğuz, Qrız, Kürdəmir, Lerik, Bərdə, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Hacıqabul, Şərur, Naftalan, Qobustan, Gəncə, Xaltanda 4 mm-dək olub.

 

Havanın temperaturu dekabrın 4-də Bakıda iqlim normasından 3 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 5 dərəcəyədək şaxta, dağlıq rayonlarda 3-8, yüksək dağlıq ərazilərdə 11-17 dərəcə şaxta, aran rayonlarında 5 dərəcəyədək isti olub.

Tarix: 5 Dekabr 2022, 11:55   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin