BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda iki yeni metrostansiyanın tikiləcəyi dəqiq ƏRAZİLƏR AÇIQLANDI

Bakıda yeni 9 metrostansiya tikiləcək. Bu stansiyaların ünvanları artıq məlumdur. Onlardan 3-ü "Koroğlu" və "Dərnəgül" stansiyalarının arasında yerləşəcək.

 

Pravda.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, xətlərin ayrılması layihəsi bir tərəfdən "Dərnəgül" stansiyasından sonra "Koroğlu" stansiyasına qədər 3 stansiyanın inşasıdır.

 

"Bu istiqamətdə Ziya Bünyadov prospekti şəhərin ən çox tıxac olan küçələrindən biridir. Həmin prospekt boyunca təxminən Böyükşor gölü üzərində inşa olunmuş yol infrastrukturuna yaxın olan bir sahədə, digəri isə "Taxta bazarı" adlanan ərazidə yerləşəcək. Bir sözlə, Ziya Bünyadov prospektinin iki həlledici nöqtəsində inşa olunacaq.

 

Xətlər ayrıldıqdan sonra hər iki xəttə müstəqil qatarların hərəkəti təşkil olunacağından intervalın ən qısa müddətə salınması üçün "İçərişəhər" stansiyasından sonra bir və iki stansiya inşa olunacaq. Qatarlar stansiyanın arxasından bir yoldan digərinə keçərək rahat hərəkətini davam etdirəcək və minimal intervallar tətbiq etmək mümkün olacaq", - deyə Bəxtiyar Məmmədov əlavə edib.

 

Baku.ws

Tarix: 5 Dekabr 2022, 12:19   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin