BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qərb keçmiş illərdən fəqli olaraq Çinlə iqtisadi və ticarət əlaqələrdə ehtiyatlı olacaq" - RƏY

"Fransa Prezidenti Emmanuel Makron Amerika Birləşmiş Ştatlarına 5 günlük səfəri zamanı müxtəlif mövzuları müzakirə etdi. İki ölkə arasında bir sıra məsələlərdə fikir ayrılıqları var. Buna baxmayaraq, Rusiya və Çin mövzusunda Vaşinqtonla Paris arasında ortaq baxışlar mövcuddur. Vaşinqton və Paris Rusiya və Çinin siyasətini beynəlxalq aləm üçün ciddi təhdid kimi qiymətləndirirlər".

 

Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

Politoloq qeyd edib ki, buna baxmayaraq, ABŞ və Fransa Rusiya və Çinə müxtəlif mesajlar da göndərirlər: "ABŞ Prezidenti Co Bayden tez-tez deyir ki, Rusiya Ukraynaya qarşı müharibəni dayandırsa Kreml sahibi Vladimir Putinlə dialoqa hazır olacaq. Ancaq Kremlin hələ ki, Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq planı yoxdur".

 

E.Şahinoğlu əlavə edib ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Rusiya və Çinə qarşı sərt siyasətin davam etdirilməsini dəstəkləyir: "Rusiyanın BMT Nizamnaməsinin fundamental prinsiplərinə zidd hərəkət etdiyin deyən Sunak Çinin siyasətindən də narazıdır: “Pekin dövlət alətlərindən istifadə edərək dünyada qlobal təsirini artırmağa çalışır. Bu beynəlxalq aləm üçün ciddi təhdiddir. Qərb ölkələri Rusiya və Çinə qarşı mübarizədə ritorikadan çox praqmatik siyasətə üstünlük verməlidir”. Sunak “praqmatik siyasət” dedikdə Pekinin təsir imkanlarının azaldılmasına çalışdığını nəzərdə tutub. Sunak bunu Böyük Britaniyanın və digər Qərb ölkələrinin təhlükəsizliyi üçün əhəmiyyətli hesab edib. Rişi Sunak Çinləticarət-istisadi əlaqələrin perspektivinə inanmayaraq Pekini sıxışdırmağın vacib olduğuna inanır: “Çinlə bağlı siyasətimizi dəyişdirməliyik. Çinlə “qızıl əməkdaşlıq” dövrü arxada qaldı. Çinlə ticarətin bu ölkədə sosial və siyasi islahatları dərinləşdirəcəyi ideyası özünü doğrultmadı”.

 

Politoloq xatırladıb ki, Rişi Sunakdan əvvəlki hökumət də Çinlə əməkdaşlığın miqyasını azaltmağa çalışırdı: "London Çinin nəhəng “Huawei” şirkəti ilə “5G” texnologiyasının yaradılması layihəsini dayandırdı. Bundan başqa Çinin Böyük Britaniyada texnoloji şirkətlər alması qadağan edildi. Bütün bunlar Çin-Böyük Britaniya münasibətlərinə mənfi təsir etdi".

 

"Beləliklə, başda ABŞ və Böyük Britaniya olmaqla Çin şirkətlərinə Qərb ölkələrində texnologiyalara çıxış imkanı məhdudlaşdırılıb. Pekin bunu bazar iqtisadiyyatına və beynəlxalq ticarətinə qaydalarına zidd addımlar kimi qiymətləndirib. Pekinin iradlarına baxmayaraq, Qərb keçmiş illərdən fəqli olaraq Çinlə iqtisadi və ticarət əlaqələrdə ehtiyatlı olacaq" - E.Şahinoğlu vurğulayıb.

 

Kənan

Tarix: 5 Dekabr 2022, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin