BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda məktəbli qız rəfiqəsini bıçaqladı - MƏHKƏMƏ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Aygün Quliyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilib.

 

İttihama görə, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Aygün Quliyeva şəhər ərazisində yerləşən orta məktəblərin birinin 8-ci sinif şagirdidir. O, əvvəllər rəfiqəsi olmuş 2007-ci il təvəllüdlü zərərçəkmiş Aminə Səmədovanın (şərti) onun arxasınca nalayiq ifadələr işlətməsini və əxlaqsız hərəkətlər etdiyini eşidib. Buna görə Aygün rəfiqəsini günahlandırıb və onu qorxutmaq üçün tanışından cib bıçağını götürərək üzərində saxlayıb.

 

Hadisə günü o, Aminənin yaşadığı ünvana gədib, rəfiqəsi ilə söhbət etmək istədiyini bildirərək məktəblini binanın həyətinə dəvət edib. Aminə aşağı düşdükdə binanın qarşısında ona arxasınca nalayiq ifadələr işlətməsinin səbəbini soruşub. Aygün rəfiqəsinin ona kobud cavab verməsinə görə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman o, özü ilə gətirdiyi cib bıçağı ilə ona üç dəfə zərbə vurub.

 

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümü kün olub.

 

Daha sonra Aygün Quliyeva saxlanılıb və istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

 

Kamal Məmmədov

Tarix: 5 Dekabr 2022, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin