BURADA REKLAMINIZ OLA
BİLƏR

Şeyx Əbdül: “Dünya bizdən törəyib, dədəsiyik, biz əkmişik”

“O vaxtlar ağlımız kəsmirdi ki, nə boyda tarixi xəyanətlə üz-üzəyik. Bu xəyanətlər zaman-zaman olub. Sadəcə, əhəmiyyət verməmişik”.

 

Pravda.az-ın xəbərinə görə, bunu kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov İctimai Televiziyada yayımlanan “3D” verilişində deyib.

 

“Tarixi mövzuda, milli kimliyə həsr edilən filmlər çəkilməlidir. Çünki dünyanın əxlaqına, mənəviyyatına, tarixinə kifayət qədər təsir edə biləcək tariximiz, mədəniyyətimiz, dəyərlərimiz var. Bu, dünyaya izah olunmalıdır. Dünya bilməlidir ki, bizdən törəyib, dədəsiyik, biz dünyanı əkmişik. Bu, faktdır” – Mahmudbəyov qeyd edib.

Tarix: 26 Noyabr 2019, 13:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin