BURADA REKLAMINIZ OLA
BİLƏR

Şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edəndən xəbər var

Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq etməkdə təqsirləndirilən Asəf Ocaqovin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Fəhmin Hümbətovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası dekabrın 29-na təyin edilib.

 

Zərərçəkmiş qismində 2 nəfər tanınır.

 

Qeyd: Rəsmi məlumata əsasən, bu ilin aprelində Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edilib. Naməlum şəxs hadisə zamanı zərərçəkənin baş nahiyəsinə xəsarət yetirib.

 

Amma o, quldurluq yolu ilə pul, eləcə də başqa qiymətli əşya tapa bilməyib və mühafizəçinin pencəyini götürərək hadisə yerindən qaçıb.

 

Faktla bağlı məlumat daxil olan kimi Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxs – əvvəllər məhkum olunmuş Quba rayon sakini Asəf Ocaqov saxlanılaraq istintaqa təqdim edilib.

 

A.Ocaqov ifadəsində törətdiyi cinayəti etiraf edib.

 

Faktla bağlı Xaçmaz  RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 6 Dekabr 2022, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin