BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycan Türkiyə birgə hərbi təlimləri digər region ölkələrinə də ciddi mesajdır”

“Azərbaycanın Türkiyə ilə birgə təlimlər keçirməsi bir neçə aspektdən xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Türkiyə ilə bir çox sahələrdə əməkdaşlıq edir. Hərbi sahədə əməkdaşlıq iki ölkənin birgə döyüşlər keçirmək təcrübəsini artırır. Belə təlimlərin keçirilməsi Azərbaycan ordusunun döyüş qabiliyyətinin və təcrübəsinin artmasına da ciddi töhfə verir”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, məlum olduğu kimi bir müddət bundan əvvəl İran Azərbaycanla sərhəddə təlim keçirərək Azərbaycana güc nümayiş etdirməyə çalışmışdı: “Düzdür bu təlimlər bir sıra qeyri-peşəkar əməliyyatlarla yadda qalsa da, Azərbaycan tərəfindən birmənalı qarşılanmamışdı. Hər dəfə riyakarcasına Azərbaycan bizim üçün dost və qardaş ölkədir deyən İran bu dəfə Azərbaycanla hədə dilində danışmağa cəhd etdi. Bir müddət sonra Azərbaycanın xüsusi təyinatları İranla sərhəddə peşəkar təlimlər keçirdilər və bununla İrana növbəti ciddi mesaj verildi. Növbəti təlimi Türkiyə ilə keçirən Azərbaycan ordusu İrana bir daha hərbi təlimlər necə keçirilir mesajını verdi”.

 

C.Məmmədov əlavə edib ki, münasibətlərlə bağlı məsələyə gəldikdə Azərbaycan hər zaman münasibətlərin inkişafında maraqlı olub: “İrana isə hər zaman Azərbaycana yuxarıdan baxmağa, bizimlə hədə dilində danışmağa çalışdı, Azərbaycan əleyhinə Ermənistanla əməkdaşlığını daha da gücləndirdi. Odur ki, indiki halda İranın küsəcəyi bir ölkə varsa o da özüdür. İran Azərbaycana qarşı addımların nəticəsini ciddi düşünməli idi. Azərbaycana və Türkiyəyə qarşı təxribatlara son qoymalı, Azərbaycanın bölgədə yaratdığı reallıqla barışmalı idi. Azərbaycan Türkiyə birgə hərbi təlimləri digər region ölkələrinə də ciddi mesajdır. Azərbaycana qarşı təxribat törətmək niyyətində olanlar qarşılarında həm də Türkiyəni görəcəklər. Azərbaycan Türkiyə dostluğu və qardaşlığı sarsılmaz və əbədidir”.

 

Kənan

Tarix: 6 Dekabr 2022, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin