BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu: "Demokratik seçkilərdə İlham Əliyev birinci olacaq"

“İlham Əliyevi ömürlük Prezident seçmək lazım deyil. Onsuz da onu seçəcəklər. İllərdir, Azərbaycan bir qarış torpaq qaytarmamışdı. Ali Baş Komandanın başçılığı ilə Ordumuz Qarabağı bizə qaytardı. Bu, Azərbaycan üçün, dövlət üçün çox böyük qələbədir. Ona görə də, hesab edirəm, demokratik seçkilərlə İlham Əliyev  seçiləcək. Müxalifət demişdi ki, İlham Əliyev Qarabağı alsın, ömürlük Prezident qalsın. Axı bu da var idi. Ömürlük seçim beynəlxalq aləmdə başadüşülən deyil. Hesab edirəm, İlham Əliyevin özü də neqativ münasibət bildirər, heç buna razı olmaz ki, ömürlük prezident məsələsi ortalığa düşsün. Əgər Türkiyə kimi güclü müxalifəti olan böyük dövlət hər dəfə prezident seçkiləri keçirirsə, biz niyə keçirməyək? Biz də türk dövlətiyik. Dünyada bizi normal dövlət kimi qəbul etmələri üçün, sözsüz ki, seçkilərə getməliyik…”

 

Bu sözləri Pravda.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu cənab Prezident İlham Əliyevin ömürlük prezident seçilməsi barədə təkliflərə münasibət bildirərkən deyib.

 

N.Cəfəroğlu vurğulayıb ki, xoşa gəlsə də, gəlməsə də, dünya ilə ayaqlaşmaq lazımdır: “Demokratik seçkilərdə İlham Əliyev birinci olacaq. Yəni “ömürlük Prezident seçilsin” deməyin faydası yoxdur. Seçiləcək. Əminəm ki, hər dəfə İlham Əliyevi seçəcəklər. Görün, bu gün, sabah nə qədər dəyişikliklər olacaq. İndi də görürük ki, Qarabağın bərpası üçün nə qədər işlər görürlər, investisiya gətirilir, rüşvətxorluqla, narkotiklə güc strukturları mübarizə aparırlar – bütün bunların hamısı göz qabağındadır. İslahatlar olacaq, sadəcə, bunun üçün bir az dözüm lazımdır. Müharibədən çıxmış dövlətik. Doğrudan da, çətinliklərimiz mövcuddur, qazilərimiz, şəhid ailələrimiz, pensiya məsələləri, sosial problemlər var.  Pandemiya tək bizi yox, bütün dünyanı nə qədər geri atdı. Buna görə də bir az dözümümüz olsun. Əminəm ki, Azərbaycanda gözəl bir dövlət qurulacaq…”

 

Aytəkin Qardaşova

Tarix: 6 Dekabr 2022, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin