BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bir qutusu 75 manata satılan dərmanın iki qutusu Türkiyədə 15 manatdır – FOTO

Bakıdakı apteklərdə bir qutusu 75 manat 66 qəpik olan dərmanın iki qutusu Türkiyədə 150 lirəyə (15 manat 69 qəpik) satılır.

 

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Mahir Məmmədli bildirib.

 

M.Məmmədli qeyd edib ki, eyni dərmanın bir qutusunu Tiflisdən 11 manata alıb.

 

Qeyd: Dərmanların qiymətləri son günlər müzakirə olunan məsələlərdəndir. Hətta deputatlar da bahalıqdan şikayətlənir.

 

Kənan

Fotoları təqdim edirik
Tarix: 6 Dekabr 2022, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin