BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Məmmədyarov: “Nazir oluduğum dövrlərdə də Rusiya ilə hər il Məsləhətləşmələr Planı imzalayırdıq”

“Nazir oluduğum dövrlərdə də hər il Məsləhətləşmələr Planı imzalayırdıq. Çünki Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə əlaqələr var. Qonşu ölkə kimi həm iqtisadi, humanitar, həm də mədəniyyət sahəsində müzakirələr aparılması ilə yanaşı, bir-birimizə dəstək də veririk. Bu, təbii məsələdir, qonşu ölkələr arasında ilk növbədə Xarici İşlər Nazirliyi vasitəsilə hansısa plan əsasında iş qurulur...”

 

Bu sözləri Pravda.az-a Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Rusiyanın Xarici İşlər Nazirlikləri arasında imzalanan 2023-2024-cü illər üçün siyasi Məsləhətləşmələr Planının tənqid olunmasına münasibət bildirərkən deyib.

 

E.Məmmədyarov nazir Ceyhun Bayramovun “Azərbaycan Ermənistanla normallaşma prosesində Rusiyanın rolunu yüksək qiymətləndirir” fikirlərinin birmənalı qarşılanmamasına isə belə cavab verib: “Sülh sazişi ilə bağlı addım-addım irəliləyiş var. Layihə Ermənistan tərəfinə təqdim olunub. Elan etdilər ki, yəqin, ilin sonuna qədər görüş olacaq. Tezliklə həm sülh sazişi, həm delimitasiya və demarkasiya məsələləri müzakirə olunacaq, bu istiqamətdə irəliləyiş görəcəyik...”

 

Aytəkin Qardaşova

Tarix: 6 Dekabr 2022, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin