BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada yenidən səfərbərlik elan edilir? - Peskovdan AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiyada yeni səfərbərlik dalğasının başlayacağı ilə bağlı yayılan məlumatları şərh edib.

 

Pravda.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, D.Peskov sosial şəbəkələrdə yayılan məlumatlara əhəmiyyət verməməyə və diqqəti rəsmi xəbərlərə yönəltməyə çağırıb.

 

“Sosial şəbəkələrdə təxribat xarakterli məlumatlar yer alır. Əsas diqqəti Müdafiə Nazirliyindən, Prezidentdən gələn məlumatlara yönəltmək lazımdır. Səfərbərliyə gəlincə, Prezident Vladimir Putin artıq hər şeyi deyib”, - o qeyd edib.

 

Qeyd: Oktyabrın 28-də Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə qismən səfərbərliyin başa çatdığını məruzə edib. Müdafiə nazirinin sözlərinə görə, qarşıya qoyulan 300 min nəfərlik tapşırıq yerinə yetirilib. Qismən səfərbərlik çərçivəsində müxtəlif səviyyəli icra hakimiyyəti orqanlarının 1 300-dən çox nümayəndəsi hərbi xidmətə çağırılıb, 13 min nəfər könüllü olaraq orduya yazılıb. Səfərbərlik çərçivəsində çağırılanların orta yaşı 35 idi.

 

Xəyal

Tarix: 6 Dekabr 2022, 15:39   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin