BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalistlər üçün “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirildi

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirilib.

 

Pravda.az xəbər verir ki, təlim Azərbaycanın xarici siyasət gündəmində baş verən son hadisələrin, əməkdaşlıq perspektivlərinin bu sahədə ixtisaslaşmış jurnalistlərə çatdırılması və onların bu xarici siyasətlə bağlı media fəaliyyətlərinə istiqamət verilməsi məqsədini daşıyır.

 

Təlimdə 25 media təmsilçisi iştirak edib.

 

Təlimin açılış mərasimində çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan xarici siyasət gündəminə dair jurnalistlərlə mütəmadi görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 44 günlük müharibədən sonra regionda yeni reallıqlar formalaşıb və Azərbaycanın səsinin, xarici siyasət kursunun beynəlxalq ictimaiyyətə çatdırılmasında jurnalistlər böyük rola malikdirlər.

Fotoları təqdim edirik
Tarix: 6 Dekabr 2022, 16:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin