BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mənə Cem Yılmazın rahatlığını ver, gör nə zarafatlar edirəm“

Aktyor Fərda Xudaverdiyev təşkilatçı problemindən gileylənib.

 

Pravda.az Olay-a istinadla xəbər verir ki, bu haqda o, "Xəzər axşamı" verilişinə qonaq olarkən söz açıb.

 

Fərda onu Cem Yılmazla müqayisə edənlər barədə də danışıb:

 

"Mən yumorda öz işimə əminəm. Və heç kimdən özümü zəif hesab etmirəm, hətta güclü sayıram. Sadəcə bizdə təşkilatçı problemi var... Hələ utanmaz-utanmaz məni Cem Yılmazla müqayisə edirlər. Cem sadəcə səhnənin arxasına keçir və işinə başlayır. Onu kulisində də gördüm, insan nə qədər rahat olarmış. Mənə o rahatlığı ver, gör mən nə zarafatlar edirəm".

Tarix: 6 Dekabr 2022, 17:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin