BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB Dövlət Sərhəd Xidmətinin Akademiyasındakı yanğınla bağlı məlumat yaydı: 14 nəfər zəhərlənib

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib.

 

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

DSX-nin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

 

Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.

Tarix: 6 Dekabr 2022, 18:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin