BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçin Quliyevdən yanğınla bağlı açıqlama

"Dövlət Sərhəd Xidmətinin Akademiyasının binasında baş verən yanğın tam söndürülüb".

 

Bunu DSX rəisi, general-polkovnik Elçin Quliyev deyib.

 

“Narahatlığa heç bir əsas yoxdur”, - DSX rəisi vurğulayıb.

 

Qeyd edək ki, bu gün saat 17:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.

 

APA

Tarix: 6 Dekabr 2022, 18:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin