BURADA REKLAMINIZ OLA
BİLƏR

Reanimasiyaya yerləşdirilən Xalq artistindən xəbər var - FOTO

Dekabrın 2-si axşam saatlarında təcili xəstəxanaya yerləşdirilən Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilov kritik durumdan çıxsa da, vəziyyəti stabil ağır olaraq qalır.

 

Pravda.az xəbər verir ki, bunu qarmon ifaçısının qızı Həcər İsrafilova Yenicag.az-a açıqlamasında deyib.

 

O, atasının hələ də reanimasiyada olduğunu bildirib: “Atam artıq beşinci gündür ki. reanimasiyadadır. Həkimlər onun kritik durumdan çıxdığını bildirib. Xəstəxanaya gəldiyimiz ilk gün onun komaya düşmək ehtimalı var idi, şükür ki, bunu adlatdı. Dializ xəstəsi olmaq ehtimalı daha yoxdur. Amma hələ də səhhəti stabil ağır olaraq qalır”.

 

Həcər İsrafilova atasının iki gündür ki, qida qəbul etmədiyini, nəhayət bu gün yemək yediyini deyib:

 

“Atam iki gündür dilinə heç nə vurmurdu. Bu gün südlü sıyıq yeyib. Hətta zarafatla deyib ki, bu nə sıyıqdır, mənə verirsiz, özünüz yeyin. Hələ ki, biz onu görə bilməmişik, çünki həkimlər buna icazə vermir”.

 

Tarix: 6 Dekabr 2022, 19:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin