BURADA REKLAMINIZ OLA
BİLƏR

İş axtarmaq istəyərkən işə düşdü: Xəbəri olmadan külli miqdarda vergi borcu yarandı - VİDEO

Göyçay rayon sakini Rəsul Mansurov adına vergi borcu yazıldığını iddia edib.

 

Xezerxeber.az-ın məlumatına görə, o, iş axtarmaq istəyərkən belə vəziyyətə düşdüyünü deyib.

 

Pandemiya dövründə işsiz qalan Rəsul Mansurov “WhatsApp”da yaradılmış işədüzəltmə qruplarından birinə qoşulub. Qrupda paylaşılmış bir elan onun diqqətini çəkib.

 

Danışıqlardan sonra ona işləyəcəyi deyilib. İş üçün deyilən obyektə gedən vətəndaş gözləmədiyi vəziyyətlə üzləşib. Adına VÖEN açıldığını, külli miqdarda vergi borcunun yarandığını öyrənib.

 

Rəsul Mansurovun sözlərinə görə, vəziyyətin ciddiliyini məhəkəmədən yaşadığı ünvana göndərilən məktubdan anlayıb.

 

Mövzu ilə bağlı hüquqşünanslar bildiriblər ki, belə vəziyyətlə qarşılaşanlar hüquq-mihafizə orqanlarına müraciət etməlidirlər. Bundan sonra dələduzluq etdiyi iddia edilən şəxslər barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açıla bilər.

 

Tarix: 6 Dekabr 2022, 21:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin