BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Masazır Mall”dan anasını qovdurduğuna görə arvadını döyən kişiyə hökm oxundu

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Habil Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən “Masazır Mall” paltar mağazasının qarşısında qeydə alınıb.

 

1991-ci il təvəllüdlü Habil Qafarov rəsmi nikahda olduğu, lakin faktiki olaraq ayrı yaşayan arvadı zərərçəkmiş Günay Həmidovanı (şərti) döyüb.

 

Belə ki, hadisədən əvvəl Günay ondan ayrılaraq atası evinə gedib və əvvəllər çalışdığı “Masazır Mall”da işləməyə başlayıb. Habilin anası Səkinə də (şərti) onlardan icazəsiz işləməsinə etiraz etmək üçün gəlininin çalışdığı mağazaya gedib. Lakin Günay qayınanasını oradan qovdurub. Habil də anasının oradan qovdurmasının səbəbini soruşmaq üçün “Masazır Mall”a gedərək arvadını küçəyə çağırıb. Mübahisə zamanı o, Günayın sifətinə şillə vurub. Ərazidə olan şəxslər onları ayırıb və onu ərazidən uzaqlaşdırıb.

 

Daha sonra Günay polisə müraciət edib və Habil saxlanılıb, barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham elan olunub.

 

Kamal Məmmədov

Tarix: 7 Dekabr 2022, 08:56   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin