BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Suraxanıda piyada səkisi zəbt edildi

Rizvan Bağırov adlı şəxs Suraxanı rayonu, Malik Mustafayev küçəsi 20 ünvanında bir müddətdir ki, gediş-gəliş üçün nəzərdə tutulan yolu zəbt edərək qanunsuz tikinti işləri aparır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi qanunsuz tikinti işlərini dayandırdıqdan sonra bu şəxs polisin qanuni tələbinə tabe olmadan gecə tikinti işlərini davam etdirir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

 

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintinin qanunsuzluğun rəsmən tanıyıb. Hətta Əmlak Məsələləri Dövlət Komitəsi qanunsuz tikinti işlərinin aparıldığına görə cinayət işinin başlanılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Bütün bu qurumlar tikintinin qanunsuzluğunu tanıdığı halda Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hələ də bu qanunsuz tikintini sökmür.

Tarix: 7 Dekabr 2022, 10:27   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin