BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Lavrovun hərəkətinin Ceyhun Bayramova heç bir mənfi təsiri yoxdur” - AÇIQLAMA

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskva səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdə çəkilən fotosu geniş müzakirə yaradıb. Bildirilir ki, Lavrov zala daxil olarkən qonağı Bayramova yol vermək əvəzinə, etik qaydaları pozaraq, özü birinci keçib. Lavrovun bu münasibəti birmənalı qarşılanmayıb.

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Pravda.az-a açıqlamasında sözügedən görüntüləri şərh edib.

Deputat bildirib ki, bu görüntülərin dərininə varmağa çox da ehtiyac yoxdur: “Bu, Lavrovun davranış tərzidir. Onun hərəkətinin Ceyhun Bayramova heç bir mənfi təsiri yoxdur. Hər ikisi müstəqil dövlətin diplomatıdır. Əsas odur ki, onların görüşü baş tutub. Lavrov öz qonağını qəbul edərkən protokol qaydalarını pozursa, etik davranışdan kənara çıxırsa, bunun ancaq Lavrova istisi-soyuğu var. Ceyhun Bayramova aidiyyəti yoxdur. Bayramov müstəqil dövlətin, müzəffər xalqın xarici işlər naziridir. Lavrov Bayramovla görüşə əhəmiyyət verməsəydi, onu heç dəvət də etməzdi, ya da özü Bakıya gəlib Ceyhun Bayramovla görüşməzdi. Bunu böyük ajiotaja, sensassiyaya çevirmək lazım deyil. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, eyni zamanda Rusiya-Azərbaycan münasibətləri ilə bağlı hansı məsələ gündəlikdə olubsa, görüşdə onu müzakirə ediblər…”

 

Aytəkin Qardaşova

Tarix: 7 Dekabr 2022, 11:27   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin