BURADA REKLAMINIZ OLA
BİLƏR

"Laçın dəhlizində postda rus hərbçiləri dayansa da, Azərbaycan onlayn rejimdə izləyə biləcək"

“Erməni mənbələr yazır ki, Laçın dəhlizinin girişində qurulacaq mini gömrük postunda rentngen skanerlər olacaq və Azərbaycan buradan keçəcək avtomobillərin sərnişinlərini, eləcə də baqajlarını onlayn rejimd izləyə biləcək. Bu, daha mümkün versiyadır”.

 

Pravda.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

 

A.Nərimanlı qeyd edib ki, Rusiya Azərbaycanın dəhlizdə post qurmasını istəmir, xüsusilə qanunsuz daşıma, silah-sursatın keçirilməsi faktlarının aşkarlanması fonunda Bakının tələbləri qarşısında da duruş gətirmək çətinləşib: “İstisna deyil ki, bu vəziyyətdə hər iki tərəf ortaq məxrəcə gəlib: Bakı gömrük postunun avadanlıqlarını - rentgen skanerləri təmin edəcək, postda rus hərbçiləri dayansa da, Azərbaycan onlayn rejimdə izləyə biləcək”.

 

Kənan

Tarix: 7 Dekabr 2022, 11:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin