BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Paşazadə: “Hər birimiz cənab İlham Əliyevin dövlətimizə daim rəhbərlik etməsini istəyir”

“Cənab Prezident İlham Əliyevin dövlətimizə daim rəhbərlik etməsini mən də istərdim. Təbii ki, hər birimiz Azərbaycan vətəndaşı olaraq bunu istəyirik. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev 20 ilə yaxındır, dövlətimizə rəhbərlik edir, dövlət siyasətini həyata keçirir. 20 il müddətində hərbi gücümüzün artması, iqtisadiyyatımızın inkişafı, dünyada nüfuz, söz sahibi  olmağımız, Prezidentin siyasətinin dəstəklənməsi, Türkiyə ilə birgə siyasət aparmağımız xalqımızın İlham Əliyevə olan inamını daha da artırır. 44 gün müharibə müddətində şəhidlər verdik, qazilərimiz də oldu. Şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. O torpaqlarda bizim şəhidlərimizin qanı, ruhu var. 30 illik işğal altında olan Qarabağımızı şəhidlərin qanı hesabına ermənilərdən azad etdik. Prosesə rəhbərlik edən cənab Prezident böyük rəğbət qazandı. Təbii ki, istərdik, cənab Prezidentin apardığı siyasət axıra qədər getsin, Azərbaycana gələcəkdə də Ali Baş Komandanımız İlham Əliyev rəhbərlik etsin...”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

Deputat bildirib ki, Konstitusiya qanunlarına görə, prezident seçkiləri keçirilməlidir: “Konstitusiyada bununla bağlı dəyişiklik olmasa, mümkün deyil. Qanunda prezident seçkilərinin hansı qaydada, necə keçirilməsi əksini tapıb. Təbii ki, cənab İlham Əliyev bir neçə dəfə seçilib, bundan sonra da seçilər. Qanunla seçki mütləqdir. Azərbaycanın dövlət başçısı seçki yolu ilə seçilməlidir. Onun neçə dəfə seçilməsi isə xalqın tələbidir...”

 

Aytəkin Qardaşova

Tarix: 8 Dekabr 2022, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin