BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazim Bəydəmirli: “Əmin oldum ki, Misir Qasımlı şərlənməyib, cinayət törədib və sırf bu əməllərə görə həbsdədir”

“Ukraynada həbs olunmuş keçmiş hərbçimiz haqqında Qazağıstandan bir dostum vasitəsilə xəbər tutmuşdum. Yaydan bəri müxtəlif qurumlara və şəxslərə müraciət etdim, statuslar yazıb ictimailəşdirməyə çalışdım. Bu yaxınlarda qarşıma Misir Qasımlının məhkəməyə aparılarkən çəkilən bir videosu çıxdı, baxdım və nə gördüm? Adam sanki “vorzakon” kimi danışırdı, videosuna şərh yazmış hansısa soydaşımızın adını çəkərək, onun barmaqlarını sındıracağını, onu və sülaləsini məhv edəcəyini təmiz Azərbaycan dilində səsləndirirdi. Elə o videoya baxandan sonra əmin oldum ki, adam şərlənməyib, cinayət törədib və sırf bu əməllərə görə həbsdədir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Nazim Bəydəmirli bildirib.

 

N.Bəydəmirli qeyd edib ki, müharibə görmüş qazi belə olmur, ən azından belə davranmır: “Bu sözlərin eynisini də qazağıstanlı dostuma söylədim ki, bizim müdafiə etdiyimiz şəxs barədə fikirlərim alt-üst oldu...”

 

Kənan

Tarix: 8 Dekabr 2022, 09:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin