BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Hafiz Mirzə: “Əli Nicat yuxularında Nüşabə adlı o qızı gördüyünü deyir, çox ayıbdır...”

“Bir müddətdir ki, Azərbaycan KİV-i yazıçı Əlisa Nicatı “Alagöz Məryəm”ə çevirib. Sanki 86 il idi, Əlisa Nicat bu məmləkətdə yaşamırdı!  Sağ olsun Şahbaz Xuduoğlu; öz işçisinə rəhmi gəldi və onun  ağır sosial durumunu ictimailəşdirdi. Və alındı! Özü bir dəfə demişdi ki, dilənçilik edəcək, amma alınmamışdı. Yardım edənlər də sağ olsunlar! Amma deyəsən mövzu bir qədər ifrat həddə oldu. Əlisa Nicatı yaxşı tanıyan biri kimi, onun yetim, kimsəsiz, miskin vəziyyətinin ictimailəşdirilməsi və bir yazıçıya hamının yazığı gəlməsi əslində mənim heç ürəyimcə olmadı.  Həm də ona görə ki, indi çoxları  Əlisanı danışdırmağa çalışır, onunla şəkil çəkdirir, onun ziddiyətli  fikirlərini qabardıb manşetə çıxarır. Bu isə əslində Əlisa Nicatı hörmətdən salır. Adam zatən həmişə ziddiyətli xarakterdə olub. Özünün nə vaxtsa kimsəyə köməyi çatdığını, kiminsə barəsində xoş söz söylədiyini, Azərbaycanda kimisə bəyəndiyini heç xatırlamıram.  Həmişə hamıdan nəsə umur, özünü hamıdan üstün və ağllı hesab edir, yalnız Nitsşeni, Şopenhaueri, Kafkanı tərifləyərdi. Ona görə də ona çox yaxınlaşmadan çox uzaq durmağa çalışdım. Adamın dili şirin olmadığı üçün Əhmədağa Kərimli kimi səxavətli dostu da nəhayət ondan uzaqlaşdı. Yaşı keçsə də, adamda müsbət dəyişiklik olmur deyə ona dözənlər yalnız yerliçilik prinsiplərinə və ağsaqqal sayılmasına əsaslanırdılar. İndi də belədir. Doğrusu, yaşına hörmət edib, mən də nəsə yazmaq istəmirdim... heç istəmirdim. Amma adam verdiyi müsahibədə tamam cəfəngiyyat danışdığı üçün  daha buna laqeyid qalmaq istəmədim. Bir qoca yazıçının bu yaşda da müştəbehlik etməsi, hamını pisləməsi, özünü qabartması, xalqını aşağılaması nonsensdir! Adam öz xalqı üçün həqarətlə “Niyə mən bu xalqın nümayəndəsiyəm?!” deyir. Fransız olsaydı, guya onu dollara bürüyərmişlər! Guya xalq şairi Ramiz Rövşənin bircə yaxşı şeiri yox imiş! Guya Ramiz Rövşəni və Çingiz  Abdullayevi oxuyan, bəyənən Azərbaycan qızlarının səviyyəsi çox aşağıdır. Dediyinə görə Azərbaycan qızları yalnız uşaq doğmaq üçün imiş. Qadınları bir qədər də aşağılayaraq, bir müsahibəsində onların beyninin yüngül olduğunu bəyan edir. Sonra da özünün sevgilərindən danışır... İndi də yuxularnda Nüşabə adlı o qızı gördüyünü deyir...  O yaşda kişi!!! Məncə, çox ayıbdır! Onun hətta Allahdan səhvlər tapdığını iddia etməsi, yəni adamın Allahı da bəyənməməsi isə tamam nonsensdir! Bu kafirlik deyil, bəs nədir? Buna əhəmiyyət verməmək müsəlmana yaraşarmı-lap əziz qohumum olsa belə!?  Bir müsahibəsində Rəsul Rzanı tənqid edən adam bildirir ki, guya Rəsul Rzaya balıq aparmadığı üçün şair də əvəzində ona pislik edirmiş! Rəsul Rza kimi imkanlı bir şəxs Əlisanın bir balığına qalıbmış! 50 cildlik əsərlərinin çıxdığı ilə öyünür. Amma 100-ə yaxın kitabının  bir çoxunu məhz bəyənmədiyi bu xalqın imkanlı nümayəndələrinin hesabına nəşr etdirdiyini demir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Hafiz Mirzə bildirib.

 

H.Mirzə qeyd edib ki, bu xalq bir həftə ərzində onun bütün sosial problemlərini  həll edəcək qədər böyük yardım toplayıb: “Dünyanın heç yerində belə möhtəşəm xalq yoxdur! Guya  son 50 ildə Azərbaycan bəstəkarları bircə ciddi əsər yaratmayıblar. Yaxşı ki, rəssamları da qınamayıb. Sanki özü dünya ədəbiyyatına daxil edilə biləcək əsərlər yaradıbmış. Etiraf edim ki, bəzi hekayələri uğurlu alınsa da, ədibin romanları bədii cəhətdən çox zəifdir. Guya Azərbaycan xalqı kitab oxumaqda  bir xalq kimi sıfırdır. Çünki onun bir çoxunu ordan-burdan topladığı, əslində tərtibçilik və mütərcimlik  etdiyi kitablarının heç də hamısı satılmırmış.  Camaatın bir onun kitablarının hamısını almaq borcu da var imiş. Necə deyərlər: Yaxşı yaz, yaxşı təbliq  etdir və təvazökar imic qazan - bütün kitablarını alsınlar. Müəlliflər üçün bu da bir mühüm şərtdir. 100 adda kitabın çıxıb, satılıb, amma özünə bir gün-güzaran qura bilməmisən! Niyə?! Bunun günahı xalqdadırmı? Bəlkə  bütün səbəblər onun özündədir! Daha betər gündə yaşayan onlarca şair və yazıçı var! Buna AYB nə eləsin?! Bircə bu AYB ləğv olunsaydı, çoxlarının canı rahat olardı. AYB-də də bir kimsə ilə ünsiyyət qura bilmədiyinə görə Azərbaycan xalqı təqsirlidirmi? Sən AYB-dən rəsmən təqaüd istəmə, orada heç kəsi bəyənmə, amma 2-3 aylıqdan artıq yardım edə bilməyən AYB bir illik yardımı da gətirib sənə xahişlə-minnətlə  təqdim eləsin!? Belə olurmu? Nə isə, çox dərinə getmirəm. Məni qınayacaqlar ki, cənubludur, yerlin sayılır, qoca kişidir və sair. Bezdim bu cür yanaşma tərzindən, gülünc yerlibazlıqdan... Amma opponentlər qeyd etdiyim bu cür ciddi arqumentləri  görməyəcəklər. Onun müsahibəsində bütün fikirlərinin, arqumentlərinin geniş cavabları var. Sadəcə, üstündə "Azərbaycan yazıçısı"  adı olduğuna görə adam çox dərinə getmək istəmir. Bir dünya pul toplanıldığı halda bu xalqa bir kəlmə minnətdarlıq  etməyən bu qoca təkcə prezidentdən təqaüd  umur. Prezident də onun heç bəyənmədiyi bu xalqın oğludur da. Qarşılaşsaydım, qulağına bunu deyərdim: Bizdə hamı və hər şey pis ola bilməz axı, ay Əlisa Nicat!”

Tarix: 8 Dekabr 2022, 13:02   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin