BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “Rusiyadan bundan artığını gözləmək də olmazdı”

“Artıq davamlı olaraq bir çox azərbaycanlı jurnalistin Azərbaycanın suveren ərazisi olan ərazilərə daxil ola bilməməsinə dair reportajlarla tanış oluruq. Azərbaycan Respublikasının suveren ərazilərində xidmət aparan rusiyalı “sülhməramlılar” ərazimizə bizi buraxmır… Bu qədər absurd, paradoks ikinci bir hadisə ola bilməz!”

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

A.Şakiroğlu qeyd edib ki, bu, gözlənilməz hadisə deyil: “Rusiya Federasiyasından bundan artığını gözləmək də olmazdı. Osetiya, Abxaziya, Krım və digər ölkələrdə Rusiya Federasiyanının separatçıları necə himayə etdiyini zamanla görmüşük. Bu gün olanları da “sülhməramlılar” ərazilərimizə daxil olan zaman proqnozlaşdırmışdıq. Hesab edirəm ki, Azərbaycan-Rusiya Xarici İşlər Nazirlərinin imzaladığı məlum memarandum olduqca yersiz və zamansız bir sənəd parçasıdır. Düşünürəm ki, Azərbaycan xalqının iradəsini, dəmir yumruğunu unudanlar yaxşı-yaxşı düşünsələr, yaxşıdır. Əks halda sonra gec olacaq. Yaşasın Azərbaycan ordusu!”

Tarix: 8 Dekabr 2022, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin