BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəlilabadda həmyerlisini öldürən keçmiş məhkumla bağlı QƏRAR

Ali Məhkəmədə Cəlilabad rayonunda həmkəndlisini öldürməkdə təqsirləndirilən Akif Heydərovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Qeyd: Hadisə 2021-ci ilin dekabrın 4-də Cəlilabad rayonunun rayonun Sabirabad kəndində qeydə alınıb.

 

Belə ki, həmkəndlilər - Heydərov Akif Kərəm oğlu və 1999-cu il təvəllüdlü Əliyev Vüsal Möhübbət oğlu mübahisə ediblər. Nəticədə A.Heydərov onu bıçaqla qətlə yetirib.

 

Xatırlatma: A.Heydərov daha əvvəl bıçaqlanma hadisəsinə görə həbsdə olub və yenicə azadlığa çıxıb. O, hadisəni törədən zaman içkili olub.

 

Kamal Məmmədov

Tarix: 8 Dekabr 2022, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin