BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaur Əliyev: "Azərbaycanda artıq çəki kifayət qədər ciddi problemə çevrilir"

"Azərbaycanda da artıq çəki kifayət qədər ciddi problemə çevrilir və bu, bir çox xəstəliklərin yaranmasına səbəb olur".

 

Pravda.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Sağlam çəkiyə doğru" layihəsinin təqdimatında çıxışı zamanı deyib.

 

O xatırladıb ki, əgər 2020-ci ildə ölkədə şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı 250 min idisə, ötən il bu rəqəm 310 minə yaxınlaşıb:

 

"Nəzərə almaq lazımdır ki, bu say hələ qeydiyyatda olan xəstələrin sayıdır. Artıq çəkinin qarşısını almaq mümkündür".

Tarix: 8 Dekabr 2022, 16:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin