BURADA REKLAMINIZ OLA
BİLƏR

AZAL Ermənistana pul ödədi

Azərbaycanın milli aviadaşıyıcısı AZAL  Ermənistanın Mülki Aviasiya Komitəsinə pul ödəyib.

 

Vətəninfo.az AZAL QSC-dəki mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL  Ermənistanın Mülki Aviasiya Komitəsinə aeronaviqasiya xidmətlərinə görə təqribən  32 min avro ödəyib.

 

Məlumatda  bildirilir ki, “Armaeronavigation” tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün  EUROCONTROL beynəlxalq təşkilatının marşrut haqları üçün 2022-ci ilin Yanvar-mart ayları üçün 32 min avro ödədiyi qeyd edilir.

 

Qeyd edək ki, AZAL-ın  bu vəsaiti Ermənistana ödəməsinin səbəbi Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməsi ilə bağlıdır.

 

Eyni zamanda Ermənistan da Azərbaycanın hava məkanından isitfadə etdiyi üçün ödənişlər həyata keçirir.

Tarix: 8 Dekabr 2022, 17:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin