BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan dilini bilmədən yaşamaq mümkün deyil” - Çingiz Abdullayev

“Qəti mövqeyimi son dəfə bildirmək istəyirəm. Bir ölkədə dövlət dilini bilmədən yaşamaq mümkün deyil, xüsusən də bu dil sənin ana dilindirsə. Azərbaycan dilini bilmədən yaşamaq və işləmək mümkün deyil. Bu məsələ müzakirə olunmur”.

 

Bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev deyib.

 

“Dövlət dilimizi bilməyin vacibliyindən yazanda mənim rus, ingilis, fransız məktəblərinin bağlanmasını istədiyimi düşünən insanlar var. Xarici dil bilməyin əhəmiyyətindən yazanda, başqa qeyri-adekvat düşüncəlilər isbat etməyə çalışırlar ki, mən Azərbaycan məktəblərinin rolunu kiçildirəm. Rahat olun. Siz bizim Prezidentimizdən ibrət götürün. Bizim 2020-ci ildəki ümumi qələbəmizdə onun rus və ingilis dillərini mükəmməl bilməsinin müstəsna rol oynadığı hamıya məlumdur”, - Ç.Abdullayev qeyd edib./Modern.az

Tarix: 9 Dekabr 2022, 02:42   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin