BURADA REKLAMINIZ OLA
BİLƏR

“Palma” restoranında dava salan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Qasım Qasımovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın məlumatına görə, hakim İlkin Rəcəbovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 18 avqust 2019-cu il tarixdə, saat 00:10- radələrində Beyləqan şəhərində yerləşən “Palma” restoranında qeydə alınıb.

 

Belə ki, Qasım Qasımov restorana gələrək oradakı şəxslərlə əvvəl mübahisə edib, daha sonra onların ünvanına söyüşlər söyüb. Bu zaman o, əlindəki pivə bakalı ilə E.Səfərovun baş nahiyəsinə vurub.

 

Bundan başqa, Qasım onu sakitləşdirməyə gələn restoran əməkdaşlarını ağac parçası, dəmir əşyala ilə vuraraq onlara xəsarət yetirib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi isə Qasım Qasımovun cəzasını 6 ilə endirib.

 

Kamal Məmmədov

Tarix: 9 Dekabr 2022, 09:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin