BURADA REKLAMINIZ OLA
BİLƏR

Birdəfəlik müavinət müəyyənləşdi

Müavinətlərin növləri artırılır.

 

Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi məişət şəraitinin dəstəklənməsi üçün müavinət müəyyənləşir.

 

Layihəyə görə bu müavinətin təyin olunması şərtləri də müəyyənləşir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət işğaldan azad edilmiş ərazilərdə işləmək üçün ən azı 1 il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda təyin olunacaq.

 

İşğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik müavinətlər müraciətetmə müddətindən asılı olmayaraq təyin ediləcək.

 

Başqa sözlə, azad edilmiş ərazilərdə işləmək üçün azı 1 il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət müəyyən olunacaq.

 

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Tarix: 9 Dekabr 2022, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin