BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Separatçılar bu təxribatçı təklifləri vasitəsilə rusiyalı hərbçilərin bölgədə qalma müddətini uzatmağa çalışırlar”

“Erməni separatçılarının lideri Araik Arutyunyanın rusiyalı sülhməramlıların öz ailələrini Qarabağa köçürməsi təklifini səsləndirməsinin məqsədi aydındır. Əvvəla, hərbçilərin ailələrinin bölgəyə köçürülməsi yeni evlərin tikilməsini şərtləndirəcək. Bu isə Rusiya hərbi kontingentinin işğal altındakı ərazilərdə tikinti işlərini artırmasını diqtə edəcək. Separatçılara da elə bu lazımdır”.

 

Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu bildirib ki, digər tərəfdən hərbçilərin xidmət etdiyi yerlərdə ailələri də qalırsa, bu onların həmin yerdə xidmətlərinin uzadılması deməkdir: “Separatçıların məntiqinə görə, xidmətini bitirən rusiyalı hərbçilərin yerinə gələnlər də ailələri ilə bölgəyə köçməli olacaqlar. Beləliklə, separatçılar bu təxribatçı təklifləri vasitəsilə rusiyalı hərbçilərin bölgədə qalma müddətini uzatmağa çalışırlar”.

 

Kənan

Tarix: 9 Dekabr 2022, 15:29   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin