BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Hacıyevə nə qədər həbs verilə bilər?

İctimai fəal Bəxtiyar Hacıyevin ittiham olunduğu maddələr açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, jurnalist Ülviyyə Alovlunun şikayəti əsasında saxlanılan B.Hacıyev Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunur.

 

Məcəllənin 221-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Digər maddə - 289-cu maddəyə əsasən isə, məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etməyə görə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Kənan

Tarix: 9 Dekabr 2022, 15:37   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin