BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda akrtisa vəfat etdi - FOTO

Azərbaycanda aktrisa vəfat edib.

 

Aktrisa Məqsudə Həsənağa qızı Əliyeva dekabrın 8-də Lənkəranda yaşadığı evdə uzun sürən xərçəng xəstəliyindən 57 yaşında dünyasını dəyişib.

 

Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.

 

O, teatrın səhnəsində bir çox tamaşalarda - “Mahmud və Məryəm”də qulluqçu qızı, “Vicdanın hökmü”ndə rus qızı, “Pul dəlisi”ndə solist, “Qaraca qız”da Nərgiz, “Onun iki qabırğası”nda Qumaş kimi obrazlar yaradıb.

 

Məqsudə Əliyevanın ən yaddaqalan rolu 2016-cı ildə çəkilmiş “Günəşim ol” teleserialındakı Zərnişan obrazı olub.

Fotoları təqdim edirik
Tarix: 9 Dekabr 2022, 15:39   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin