BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbovla bağlı daha bir xəbər

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun şəxsi təyyarəsi bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçuş edib.

 

Bu barədə məlumatı jurnalist Heydər Oğuz yayıb.

 

O, qeyd edib ki, təyyarənin Dubaya boş şəkildə uçduğu bildirilir və uçuşun səbəbi bilinmir.

 

Qeyd edək ki, korrupsiya faktları ilə gündəmə gələn Naxçıvan MR ilə bağlı son günlər bir-birinə zidd çoxsaylı xəbərlər yayılmaqdadır. Bu xəbərlərdən biri də V. Talıbovun övladlarının Dubay şəhərindəki milyonluq mülkləri haqda idi. Belə bir məqamda MR-nın birinci şəxsinin təyyarəsinin Dubaya uçuş etməsi xeyli suallar yaradır.

Tarix: 9 Dekabr 2022, 15:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin