BURADA REKLAMINIZ OLA
BİLƏR

İşdən çıxarıldığı deyilən Xalq artistləri ilə bağlı daha bir açıqlama

Akademik Milli Dram Teatrında çalışan sənətkarların - Xalq artistləri Ramiz Məlikin, Səidə Quliyevanın, Əli Nurun və Hacı İsmayılovun işdən çıxarılması haqqında yayılan xəbərlər doğru deyil.

 

Pravda.az-ın xəbərinə görə, bunu teatrın mətbuat katibi Cavid Zeynallı bildirib.

 

C.Zeynallı qeyd edib ki, məlumatlar yalandır: “Dünən bununla bağlı müxtəlif saytlara açıqlama verilib. Aktyorlar özləri də məsələyə aydınlıq gətiriblər ki, biz işimizi davam etdiririk. Bu sənətkarlar Azərbaycan teatrı üçün dəyərdirlər. Akademik Milli Dram Teatrında işəmuzd əməkdaşlıq yoxdur. Hər bir aktyor ştat cədvəli üzrə maaş alır. Çox təəssüf ki, sosial şəbəkə istifadəçiləri və saytlar bu yalan məlumatı hələ də tirajlayırlar, teatrın əleyhinə istifadə edirlər”.

Tarix: 9 Dekabr 2022, 15:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin