BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN rəsmisindən “Boyuma uyğun iş yoxmuş” deyən Günel Mövluda cavab - FOTO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkədə Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Qeydiyyat-imtahan idarəsindəki (Salyan “ASAN Xidmət” mərkəzi üzrə) vakansiya ilə bağlı paylaşım edib.

 

Pravda.az-ın xəbərinə görə, iş elanında qeyd olunub ki, yaşı 20-dən çox, 30-dan az, boyu isə 1.60 sm-dan çox olan qadınlar müraciət edə bilərlər.

 

Yazıçı Günel Mövlud paylaşıma “Yaxşı ki, Azərbaycanda deyiləm, boyuma uyğun iş yoxmuş” şərhini yazıb.

 

E.Hacıyev isə “Günel Mövlud, İşini yaratmış adamlara inzibati iş lazım olmur. Sizə işi Verən verib” cavabını yazıb.

 

E.Hacıyevin cavabını 400-dən çox istifadəçi bəyənib. Bundan əlavə, onlar şərhi skrin edərək paylaşıblar.

 

Kənan

Fotoları təqdim edirik
Tarix: 9 Dekabr 2022, 16:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin