BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanla bağlı mühüm açıqlama: Niyə “Muxtar Respublika” kimi qalmalıdır?

“Artıq Azərbaycan ərazi bütövlüyünü bərpa edib. İdarəçilikdə bəzi yeniliklərin vaxtı gəlib çatıb. Naxçıvanın statusu həmin dövrdə ulu öndər Heydər Əliyev tərəfindən vacib bir addım kimi atılmışdı. Çünki həmin illərdə erməni terroru bütün Azərbaycanda tüğyan edirdi. Naxçıvanı itirməmək üçün ən yaxşı yol məhz muxtariyyət verilməsi idi. Əgər 1990-cı illərdə Naxçıvan itirilsəydi, bu gün Qarabağda süverenliyimizin bərpasından söhbət belə gedə bilməzdi. Bununla da uzaqgörən lider həm Qarabağın bugünkü taleyini həll etdi, həm də Naxçıvanın işğalının qarşısını aldı”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, indi artıq 90-cı illərdəki kimi qarışıq, gücsüz idarəçiliyi olan Azərbaycan yoxdur: “Bu gün ərazi bütövlüyümüz bərpa olunubsa, niyə də Naxçıvan “Muxtar Respublika” kimi tərkibimizdə qalsın? Azərbaycanın tərkibində heç bir halda muxtariyyətdən söhbət getməməlidir. Bu istər mədəni, istərsə də daxili muxtariyyət olsun. Doğrudur, indi daha çətin siyasi vəziyyət var - müxtəlif maraqların toqquşduğu Cənubi Qafqazda bu dəyişiklikləri həyata keçirmək heç də asan deyil. Lakin qeyd etdiyim kimi, indi Azərbaycanın güclü rəhbəri və idarəçiliyi var...”

 

M.Cəfərov deyib ki, referendum məsələsinə gəldikdə, bəzi dəyişikliklər labüddür: “Düşünürəm ki, Qarabağ müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Konstitusiyada bəzi dəyişiklik aparmağı şərtləndirir. Çünki Qarabağda məskunlaşan erməni əsilli sakinlərin Azərbaycan vətəndaşlığını alması ilə yanaşı, azad olunmuş Qarabağda  Azərbaycanın suveren haqlarını yenidən bərpa eləmək olduqca mühüm məsələdir”.

 

Aytəkin Qardaşova

Tarix: 9 Dekabr 2022, 18:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin