BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bomj”u döyərək öldürən şəxsə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində tanışını öldürməkdə təqsirləndirilən Çingiz Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

İttihama görə, hadisə 2021-ci ildə təxminən saat 03 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Aviakassa” deyilən ərazinin qarşısındakı meydanda qeydə alınıb.

 

Belə ki, Çingiz Əliyev meydanda əvvəlcədən tanıdığı zərərçəkmiş Vəlixan Həsənovla (şərti) qarşılaşıb. Olaydan bir həftə əvvəl Vəlixan əlindəki şüşə ilə onun boğazını kəsdiyi üçün hər iki şəxs arasında mübahisə yaranıb. Çingiz bunun intiqamını almaq üçün onun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub. Bu zaman zərərçəkmiş şəxs yerə yıxılıb, təqsirləndirilən şəxs ardınca onun yaxasından tutaraq iki dəfə baş nahiyəsini yerə çırpıb, sonda isə təpiklə bir neçə dəfə sifət nahiyəsinə zərbələr endirib.

 

Vəlixan Həsənov başın küt travması nəticəsində baş beyinə qansızma xəsarətindən xəstəxanada ölüb.

 

Daha sonra Çingiz Əliyev saxlanılıb.

 

Qeyd: Çingiz Əliyev ifadəsində deyib ki, spirtli içki alduçəsidir. Bununla bağlı 9 dəfə Sumqayıt şəhər narkoloji dispanserində müalicə də alıb.

 

Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi  ifadəsində göstərib ki, Vəlixan onun doğma qardaşıdır. Onun sözlərinə görə, Vəlixan tüfeyli həyat tərzi keçirirmiş.

 

Kamal Məmmədov

Tarix: 10 Dekabr 2022, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin