BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəstə anasını boğaraq öldürən qadının oğlu da cinayətdən xəbərdar imiş

Şəki Apellyasiya Məhkəməsində cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmədə təqsirləndirilən Qafar Əsgərovun (şərti) barəsində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

 

Qeyd: Cinayət hadisəsi 2020-ci il oktyabrın 9-da Mingəçevir şəhərində qeydə alınıb.

 

Belə ki, 1956-cı il təvəllüdlü Sədaqət Əsgərova anası, 1936-cı il təvəllüdlü Bənövşə Ələkbərovanı qətlə yetirib.

 

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qızı S.Əsgərova yataq xəstəliyinə düçar olan anasının yaşa görə aldığı əmək pensiyasını ələ keçirmək məqsədilə yastıqla boğaraq qəsdən öldürüb.

 

S.Əsgərova Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S.Əsgərova 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Daha sonra məlum olub ki, hadisə zamanı S.Əsgərovanın oğlu Q.Əsgərov da orada olub. Lakin o, nənəsinin anası tərəfindən qətlə yetirilməsini istintaqdan gizlədib. Q.Əsgərov anası ilə birgə nənəsinin meyitini yük maşını ilə Göyçay rayon qəbirisitanlığına aparıb. Lakin anası qəbir qazmağa bel tapmadığı üçün onları meyiti qəbiristanlıqda basırmadan Mingəçevir şəhərinə qayıdıblar.

 

Q.Əsgərovun törətdiyi əməlin üstü açıldıqdan sonra onun barəsində Cinayət Məcəlləsinin (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə cinayət işi başlanılıb. Göyçay Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edib.

 

Kamal Məmmədov

Tarix: 10 Dekabr 2022, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin