“Azərbaycanın bütövlüyünü, güclü olmasını istəməyən, dəyərini bilməyən, şəhidinə, qazisinə, ordusuna, yaşlı nəslə dəyər verməyənlər içimizdə yalnız bir faiz təşkil edir. Onların sayı, bəlkə, bir faizdən də aşağıdır. Onlar vaxtilə xarici qüvvələrin təsiri altına düşüb. Öz vətəninin, dövlətinin, xalqının uğuruna sevinməyən insanlara Allah ağıl versin. Uğurlarımızdan günlərlə danışa bilərik. Vətən müharibəsi dövründə dövlətimiz, ölkəmiz çox işlər görüb. Cənab Prezidentimiz ən cəsarətli addımları atdı, çətin dövrümüzdə bütün dünyaya qarşı sinəsini sipər etdi, beynəlxalq, xarici qüvvələrin qarşısına tək çıxdı. Döyüş meydanında əsgərlərimiz, qardaşlarımız, qazilərimiz, şəhidlərimiz, masa arxasında, beynəlxalq arenalarda, platformalarda isə cənab Prezidentimiz və komandası bütün dünyaya qarşı öz sinələrini sipər edilər. Beynəlxalq təşkilatlarda əvvəl bizə olan diqqət çox aşağı idi, bizi görməzlikdən gəlirdilər. Lakin Vətən müharibəsindən sonra Azərbaycanın doğrudan da güclü olduğunu hər biri gördü. Ona görə də indi bizi çox yüksək səviyyədə qarşılayır, dəyər verirlər…”
Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev Bilgəh qəsəbəsində yerləşən Sosial Xidmətlər Agentliyinin tabeleyindəki “Ahıllar evi”ndə keçirilən tədbirdə deyib.
“Bir insan, vətəndaş kimi ahıllarla bir arada olmaq mənim üçün xoşdur. Ölkəmiz, doğrudan da, öz dəyərlərini qiymətləndirən, dəyərlərinin qədrini bilən, adət-ənənəsini yaşadan, güclü ölkədir. Dövlətimiz çətin dövr keçdi. 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin, bütün Azərbaycan Ordusunu qorusun. O birlik, “dəmir yumruq” qələbədə iştirak edən insanların birliyi, “dəmir yumruğ”u idi. Ahıllarımızın xeyir-duası, arzu-istəkləri çin oldu. Xalqımız bir olub, “dəmir yumruğ”a çevrildi. Cənab Prezidentimizin arxasında dağ kimi dayandı, Prezidentimizə böyük ürək-dirək verib, “yalnız irəli” dedilər. Bir oğlunu Vətənə qurban verən ata-ana “ikinci oğlum da bu Vətənə qurbandır” dedi, bu ölkənin işğalda qalan torpaqlarını azad etdilər. Bütün vətənpərvər insanların bu qələbədə xidməti var. Ölkəmiz çətin savaş dövründən keçdi. Düşmən torpaqlarımızda 30 il ərzində böyük istehkamlar qurub, daşı daş üstündə qoymayıb. Heç bir tikinti işləri aparmayıb, yalnız dağıtmışdılar. Düşmənin mahiyyəti dağıdıcı mahiyyətdir. Düşmənin yaradılışı terror, pozuculuqdur. Allah bizə elə bir düşmən qonşu nəsib edib ki… Amma dövlətimiz, xalqımız öhdəsindən gəldi. Yeni ilə qədər çoxlu ziyarətlərimiz olacaq. Amma əhval-ruhiyyələrini az da olsa qaldırmaq, problemləri ilə yaxından tanış olmaq üçün birinci ahıllarımızı ziyarət etməyi qərara aldıq. Söhbət etdiyim ağbirçəklərimiz, ağsaqqallarımız hamısı bir ağızla çox yüksək fikirlər söylədilər. Bu, hər birimizin gördüyü xidmətdir ki, ahıllarımız razıdırlar. “Ahıllar evi”ndə çox gözəl şərait yaradılıb. Düşünürəm, ahıllarımız belə şəraitdə darıxmazlar. Azərbaycan xalqı olaraq ahıllarımızın yanındayıq. Bu gün onların varlığı nəyə desəniz, dəyər. Azərbaycan xalqı qədirbilən xalqdır”.
Aytəkin Qardaşova
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin