BURADA REKLAMINIZ OLA
BİLƏR

Tağı Əhmədov: “Yumurtanı şəhərə sən gətirməkdən çıxıb deyirsən ki, bəs yumurta tapmıram uşağa verim”

“Müxalifətin keçirdiyi mitinqin səhəri bizim flaqman universitetimiz olan BDU-nun 250 tələbəsi gəldi ki, biz onlara cavab olaraq YAP-a üzv oluruq. Yəni 5-10 adamın orada çıxıb “Vağzalı” oynamağı ilə deyil. Girmişdilər qoluna ey, bir dənə o qalırdı, “Vağzalı” çalınsın ki, Əli Kərimli oynasın...”.

 

Pravda.az-ın xəbərinə görə, bunu "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Bakuposta.az müsahibəsində deyib.

 

“Mitinqdə səslənən çıxışlarla bağlı deyim ki, orada öyrədilmiş adamlar var idi. Adi bir misal göstərim. Masallıdan bir adam gəlib deyir, mən Masallıda yaşayıram, bir dənə yumurta tapmıram, uşağa verim. Görün nə qədər naqislikdir! Kənddə yaşayırsan, yumurtanı şəhərə sən gətirməkdən çıxıb deyirsən ki, bəs mən yumurta tapmıram. Bu nədir? Bu ancaq və ancaq aldığı qrantlar hesabına çıxıb qışqırmaqdır. Bu mitinq xarici qüvvələrin sifarişi ilə baş verdi” – T.Əhmədov qeyd edib.

Tarix: 26 Noyabr 2019, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin