BURADA REKLAMINIZ OLA
BİLƏR

DSX-nin əsgərinin ölümü ilə bağlı cinayət işi açıldı

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin qulluqçusu, əsgər Əliyev Məhəmməd Məhərrəm oğlunun silahla davranış qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan həlak olub.

 

Hərbi Prokurorluqundan Pravda.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə gedib və meyitə baxış keçirib.

 

Əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

 

Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci (Silahla davranış qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda ) maddəsi ilə başlanılmış cinayət işi üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Tarix: 11 Dekabr 2022, 18:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin