BURADA REKLAMINIZ OLA
BİLƏR

İlin sonuna əfv sərəncamı gözlənilir? - AÇIQLAMA

Milli Məclisin deputatı Fazil Mustafa Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi ilə bağlı Prezident Sərəncamının olacağı barədə iddialara münasibət gətirib.

 

Fazil Mustafa Pravda.az-a açıqlamasında deyib ki, indiki şərtlərdə əfv gözlənilmir.

“Çünki bunun üçün hələ hazırlıq prosesi yoxdur. Bütün hallarda, yəqin ki, önümüzdəki il hansısa formada, hansısa müddətdə əfv nəzərdə tutula bilər. Lakin hazırda bu istiqamətdə çalışmalar getmir”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 12 Dekabr 2022, 11:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin