BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə azyaşlı uşağı ilə gedən qadının boyunbağısını ələ keçirən şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində soyğunçuluq etməkdə təqsirləndirilən Binnət Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 12 b nömrəli binanın yan tərəfində qeydə alınıb.

 

Belə ki, 1985-ci il təvəllüdlü Binnət Əsədov Xırdalanda “Təzə bazar”da olduğu zaman Həyat Fərəcovanın (şərti) boynunda qızıl boyunbağı olduğunu görüb. Maddi vəziyyəti yaxşı olmadığına görə o, həmin qadının boynundan qızıl boyunbağını çəkib qopararaq ələ keçirməyi qərarına gəlib. Bu məqsədlə də Binnət həmin Həyatı izləməyə başlayıb.

 

Daha sonra qadın yanında olan azyaşlı uşağı ilə birlikdə Xırdalan şəhəri, 27-ci məhəlləyə doğru binaların arası ilə piyada getməyə başlayıb. Binnət həmin qadının arxasınca piyada hərəkət edib onu bir qədər izlədikdən sonra yaşayış binasının yan tərəfində Həyata yaxınlaşıb. Bu zaman o, qadının boynunda olan qızıl boyunbağını əli ilə dartıb qıraraq ələ keçirib, geriyə dönərək qaçıb.

 

Bundan bir qədər sonra da Binnət Bakı şəhərinə gedib “Moskva univermağı” adlanan yerdə həmin qızıl boyunbağını tanışına 470 manata satıb. Cinayət hadisəsi törətməklə əldə etdiyi həmin 470 manat pulu da öz ehtiyaclarına xərcləyib.

 

Daha sonra Binnət Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 12 Dekabr 2022, 11:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin