BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ Rusiyanı forumunda iştirak etməyə dəvət edəcək

ABŞ Rusiyanı 2023-cü ilin noyabrında San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) forumunda iştirak etməyə dəvət edəcək.

 

Pravda.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

 

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin sözügedən tədbirdə iştirak edib-etməyəcəyi lə bağlı dəqiq məlumat yoxdur.

 

Xatırlatma: APEC ölkələrinin təsisçiləri Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ, Tailand, Filippin, Koreya Respublikası və Yaponiyadır. Bundan əlavə, təşkilatın tərkibinə Çin, Meksika, Papua-Yeni Qvineya, Çili, Rusiya, Vyetnam, Peru, həmçinin Çinin Syanqonq (Honkonq) və Tayvan əraziləri də daxildir.

 

Xəyal

Tarix: 12 Dekabr 2022, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin