BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Quliyev: "Rayon icra hakimiyyətləri qanunsuz tikintilərin qarşısını almalıdır"

Azərbaycanda rayon icra hakimiyyətləri Fövqəladə Hallar Nazirliyinə müraciət etməklə, qanunsuz tikintilərin qarşısını almalıdır.

 

Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

 

"Əgər hər hansı tikinti işini qanunauyğun davam etdirmək mümkün deyilsə, o, sökülməlidir", - deyə sədr qeyd edib.

 

"Bakının mərkəzində aparılan tikinti işlərində əsrlərlə formalaşmış tarixilik qorunmalı, işlər mühitə uyğun həyata keçirilməlidir. Şəhərin digər hissələrində isə işlər torpaq üzərində hüquqdan başlamalı,düzgün layihələndirilməlidir", - deyə A.Quliyev əlavə edib.

 

Report

Tarix: 12 Dekabr 2022, 13:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin