BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda itkin düşən biznesmenin meyiti tapıldı

Hacıqabul rayonunda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

 

Pravda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dekabrın 8-i axşam saatlarında rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Fərhad oğlu Məmiyev itkin düşüb. Hacıqabul şəhərində yaşadığı mənzili tərk edən 36 yaşlı iş adamı bir daha geri qayıtmayıb.

 

Dekabrın 11-i günorta saatlarında Z.Məmiyevin meyiti sahibi olduğu və Ağacanlı kəndində yerləşən fermanın ərazisində asılmış vəziyyətdə aşkar edilib.

 

Onun özünü asaraq intihar etdiyi bildirilib.

 

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix: 12 Dekabr 2022, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin